General Qurbanovun kadrını işdən çıxardı

General Qurbanovun kadrını işdən çıxardı

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə Heyətinin iclası keçirilib. Qaynarinfo xəbər verir ki, görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə qurumun prezidenti Şahin Bağırov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda ilk olaraq Baş katib vəzifəsi ilə bağlı müzakirə aparılıb. İdarə Heyətinin qərarı ilə AVF-nin Baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib. Qərara əsasən bu vəzifənin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.

İdarə Heyəti çıxışlar və müzakirələrdən sonra görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edib.

Qeyd edək ki, Cavid Qurbanov dünən Azərbaycan Voleybol Federasiyasının prezidenti vəzifəsindən istefa verib, onu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əvəzləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...