Qalmaqallı uşaq evinin direktoru işdən çıxarıldı
Bakıda 3 nömrəli Uşaq evinin direktoru dəyişdirilib.
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.
Qeyd edilib ki, bu gün Xətai rayonu 3 nömrəli Uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.
Müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.
Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən uşaq evi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Görüntülərdə uşaqlara olan qulluq, onların necə qidalandığı barədə nöqsanlar haqqında məlumat verilmiş, bildirilmişdi ki, müəssisədə uşaqlara quru çörək verirlər.
Həmin görüntüdə yer alan uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilmiş, bunun direktor Məhbubə Hüseynovanın göstərişi ilə edildiyi bildirilmişdi. Həmin videonu çəkən uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışan Gülcan Nağıyeva isə işdən azad olunmuşdu.
434 dəfə oxundu