“Mado”- da sezar salatın içindən görün nələr çıxdı – FOTOFAKT
"MADO Azərbaycan-da” da Sezar salatı sifariş versəniz ehtiyatlı olun. "Azərbaycan Reallığı” xəbər verir ki, Fərid Rüstəmzadə adlı sosial şəbəkə istifadəçisi paylaşımında qeyd edib. Onun sözlərinə görə, içindən sellofan, əlcək, paltar-hər şey çıxa bilər.
Ölkəmizdə COP29 tədbiri keçirildiyi bir vaxtda Mado Azərbaycan müştərilərə sözün əsl mənasında plastik yedirir. Bu gün Gənclik Mall’da yerləşən Mado restoranında yemək üçün əyləşdik.
Gətirdikləri sezar salatından bir az yedikdən sonra bıçaqla bölməyə çalışdığımız qidanın mayonezli kələm yox, salatın içinə qarışıb ərimiş böyük bir sellofan olduğunu gördük. Yeməkdən tük çıxmağını başa düşərəm, amma daha "çanta” çıxmasın da…
Restoran rəhbərliyi isə yeməyi geri götürdü, quru bir üzr istədi, hələ utanmadan digər sifarişlərin hesabını da ödətdilər.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, müəssisələrə yoxlanışlara gedirsiz?
"Mado Azərbaycan” rəhbərliyi isə təqsiri hər hansı adi bir işçinin üzərinə atmadan müştərilərdən üzr istəməli, hadisə ilə bağlı məsuliyyəti tam üzərinə götürməli və filiallarında qida təhlükəsizliyi üçün təcili tədbirlər gördüyünü göstərməlidir…”
163 dəfə oxundu