Gömrükdə səs-küylü həbslər - Səfər Mehdiyev hardadır?
Hələ 2018-ci ildə vəzifəyə yeni təyin edildiyi ilk dönəmlərdə qalmaqallı açıqlamaları ilə gündəmə gəlmişdi. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ilin dekabr ayında deyirdi ki, ölkədə bir dənə inhisarçılıq faktı göstərə bilsəniz istefa verərəm. Bundan sonra Mehdiyev "istefa verərəm" ifadəsini "Bir rüşvət faktı göstərsəniz" cümləsinin sonuna da əlavə etdi.
Və çox keçmədi ki, ölkənin bir neçə gömrük keçid məntəqələrində rüşvət faktlarına görə həbslər oldu. Xeyli sayda yüksək vəzifəli gömrük məmuru həbs edildi. Səfər Mehdiyev susdu. Vəzifəyə təyin edildikdən sonra daha alovlu, daha "həvəsli" və çılğın görünən, mediada, ictimayyət arasında yayılan göçrüklə bağlı iddialara dərhal cavab verilirdi. Bu cavablar da daha press-reliz halında yayımlanmadı.
Daha sonra Səfər Mehdiyevin ölkəyə elektiklə işləyən avtomobillərin gətirilməsinə qarşı çıxdığı məlum oldu. Ən üst rəsmi səviyyələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə Nazirlər Kabinetinə bu tipli avtomobillərin gömrük rüsumundan azad edilməsi təklifləri verdi. Lakin Səfər Mehdiyevin buna qarşı çıxdığı bəlli oldu.
Nəhayət gömrük sistemindən ardı-arası kəsilməyən şikayətlər, bu sistemdə qohumbazlıq, korrupsiya faktları ilə bağlı qalaq-qalaq iddialar yayıldı. Mehdiyev və tabeçiliyində olan qurumlar susdular. Nəhayət indi bütün media Baş Prokurorluqla yanaşı Dövlət Gömrük Komitəsindən də cavab gözləyir. Çünki dünən ölkənin nifuzlu xəbər agentliklərində xəbər yayıldı ki, Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. Məlumata görə, əməliyyat nəticəsində idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Gundeminfo.az-a daxil olan informasiyaya əsasən prosseslərin Səfər Mehdiyevə və ya onun ən yaxın çevrəsinə qədər gedib çıxacağı heç bir şübhə doğurmur. Mənbəmiz bildirir ki, gömrük sistemindən olan şikayətlərin ardı-arası kəsilmir. Dövlətin ən yüksək məqamlarına ünvanlanan şikayətlər araşdırılması üçün DGK-ya ünvanlansa da, heç bir reaksiya verilmir. Sonuc etibarilə gömrük prosseslərində iştirak edən böyük bir narazı orta və kiçik sahibkarlar ordusu yaranıb. Heç bir əsas gətirmədən Azərbaycana məhsul idxal edən xeyli sayda sahibkar idxal bəyənnamələrində gömrükçülər tərəfindən qiymətlərin süni şişirdilməsi faktları ilə üzləşiblər. Çox maraqlıdır ki, komitə yenə də susur.
Gundeminfo.az-a verilən informasiyaya əsasən Səfər Mehdiyev 10 gündən çoxdur ki, Naxçıvan Muxtar Respublikasına yollanıb. Hələlik onun rəsmi məzuniyyətə çıxması barədə heç bir bilgi verilmir. Və nə zaman geri qayıdacağı da məlum deyil.
1 762 dəfə oxundu