Gəncədə bir səhiyyə ocağında rüşvət yığımı - VİDEO

Gəncədə bir səhiyyə ocağında rüşvət yığımı -

Gəncənin Psixiatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyevanın epilepsiya xəstələrini qanunsuz olaraq tibb müəssisəsində stasianar müalicəyə cəlb edərək onlardan rüşvət alması faktı öz təsdiqini tapıb. Bu haqda Dünyanınsəsi.Az saytına Tərtər rayonunda yaşayan Kəlbəcər sakini İlqar Hüseyn oğlu Bəşirov tərəfindən ediləm şikayətin məğzidə bunu deyir. Bu gün xəbər verdiyimiz kimi Tərtər rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə adı çəkilən vətəndaş 24.05.2021-ci il tarixdə Gəncənin Psixiatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyevanın qəbulunda olub. Baş həkimlə aparılan 25 dəqiqəlik söhbət zamanı xəstətəni tibbi müəsissədə stasianar müalicə olunması baş tutmayıb. Belə olan halda da vətəndaş mətbuat vasitəsilə şikayətə qatqnlqk verib.

Vətəndaşın dediklərindən və təqdim olunan videomateriallardan da aydın olur ki, İlqar Bəşirovun ötən il Tərtər rayon Mərkəzi Xəstəxanasının həkimi Rima Axundovaya vermiş olduğu rüşvətlə bağlı rayon prokurorluğu Elmira Mirzəyevanı da “200” manat rüşvət almasına görə sorğu-sual edibmiş. Məhz buna görə də 13 yaşından eplepsiya xəstəliyindən əziyyət çəkən İlqar Bəşirovun göndərişi və xahişi sonda qəbul edilməyib.

Son zamanlar saxta pensiya məsələsi ilə bağlı respubilkada yaranmış mövcud vəziyyət görünür özünü Gəncənin Psixiatriya Xəstəxanasında da göstərir. Belə anlaşılır ki, ətraf rayonlardan pensiya məsələsi ilə bağlı bu ünvana gələn və sənədlər almış xəstələrin epikrizləri, onlar barədə sənədləşdirmələr araşdırılmalıdır.

Pensiya alan və kəsilənlərin müainə aktlarında əlillik dərəcəsi üzrə təyin edilmiş xəstəlik diaqnozunun yenidən təsdiq edilməsinin qiyməti 1000 manata başa gəldiyi iddia edilir. Kim bu qiyməti versə onun tələb etdiyi diaqnoz tibb müəssisəsi tərəfindən təsdiq edilir.Hazırda Psixiatriya Xəstəxanasında stasianar müalicədə adları keçən xəstələrin əksəriyyəti baş həkim tərəfindən evə buraxıldığı da bildirilir. Faktların araşdırılması artıq zəruridir.

Məlum videoçəkilişi yenidən təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 041 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...