18 il əvvəl qətl törədən şəxs məhkəmə zalından azadlığa buraxıldı Azərbaycanda

18 il əvvəl qətl törədən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Varis Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə V. Səmədov barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hakim bildirib ki, işə xitam verilməsinin səbəbi cinayətin törədildiyi vaxtdan 18 il keçməsidir. Qeyd edək ki, V. Səmədov 1997-ci ildə Zülfüqar Ağalarovu odlu silahla öldürərək Rusiyaya qaçıb. Orada adını və soyadını dəyişib. Azərbaycanda barəsində axtarış elan edilib. Bu il isə V. Səmədov Bakıya gələrək istintaqa təslim olub.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 228-ci (odlu silah saxlama) maddələrinə əsasən ittiham edilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...