Özünü ölmüş kimi göstərən iş adamından xəbər var

Özünü ölmüş kimi göstərən iş adamından xəbər var
Ötən il noyabrın 25-də Sabirabad rayonunun Bulduq kəndi ərazisində avtomobilində yanmış sümüklərinin tapıldığı bildirilən və iyunda Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin cinayət işi üzrə istintaq yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azər Paşayevin sədrlik edəcəyi prosesdə 12 zərərçəkmiş tanınıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham olunur.

Qeyd edək ki, 25 noyabrda “KİA” markalı avtomobilinin yanması və Rafət Qəniyevin tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə onun direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...