General Əhməd Əhmədov məhkəməyə şikayət etdi

General Əhməd Əhmədov məhkəməyə şikayət etdi
Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri Ali Məhkəməyə müraciət edib

GUNDEMİNFO.AZ xəbər verir ki, Naxçıvanın sabiq daxili işlər naziri general-mayor Əhməd Əhmədov kassasiya şikayəti verib. Şikayət ərizəsində sabiq nazir barəsində həbslə bağlı olmayan qərar qəbul olunması istənilib. Bundan başqa Əhməd Əhmədovun səhhətindəki problemlərə görə, bir müddətdir xəstəxanaya yerləşdirildiyi də məhkəmənin diqqətinə çatdırılıb. Ali Məhkəmə şikayəti icraata qəbul edib. Xatırladaq ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılıraq həbs edilib. Bir müddət əvvəl isə Əhməd Əhmədovun vəziyyəti pisləşib. O, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...