“Land Rover”lə 4 nəfəri öldürən “Qurtuluş 93”ün sahibinin kürəkənindən xəbər var
Bakıda 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum barədəsində bəraət hökmünün çıxarılmasını istəyir. Şikayət hakim Tahir Kazımovun icraatına verilib.
Artıq ilkin baxış iclası keçirilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.
Qeyd: Cinayət matereallarında göstərilib ki, təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində sərxoş halda özünə məxsus “Land Rover” markalı avtomobillə 90/km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil ilə toqquşub. Nəticədə ehtiyatsızlıqdan “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölüb. Eyni zamanda, hadisə zamanı “Daewoo Damas” markalı avtomobil yarasız vəziyyətə düşüb və nəqliyyat vasitəsinə 7 000 manat məbləğində maddi ziyan vurulub.
İttihama görə, məhkəmə istintaqı zamanı tədqiq edilən tibbi müayinə protokolu ilə müəyyən edilib ki, E.Kəlbəliyev 14.06.2021-ci il tarixdə saat 07:15-də müayinə zamanı onda raport üsulu və ya indikator borcluluğu 0, 517 faiz olmaqla yüngül dərəcəli sərxoşluq aşkarlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə E.Kəlbəliyev təqsirləndirilən şəxs qismində dindirilib. O, özünü ona elan edilən ittiham üzrə qismən təqsirli bilib. E.Kəlbəliyev ifadəsində göstərib ki, 14 iyun 2021-ci il tarixdə dostları ilə Sumqayıt şəhərində oturub yemək yedikdən sonra gecə saat 12 radələrində oğlu ona ona zəng edərək hərarətinin qalxdığını deyib: “Oğluma evə gəldiyimi bildirdim. Sonra maşına əyləşərək Novxanı yolu istiqamətində hərəkət edərkən oğlum yenidən zəng edib, özünü pis hiss etdiyini dedi. Mən həmin vaxt maşınımla 70-80 km/saat sürətlə hərəkət edirdim. Yolun döngəli hissəsinin yaxınlığında 5-6 nəfər cavan oğlanın çimərlik paltarında yolun sağ kənarında hərəkətsiz dayandıqlarını gördüm. Həmin şəxslərin təhlükə yaratmayacaqlarına əmin olduğundan sonra sürəti azaltmadan yoluma davam etdim və piyadalara 20-30 metr qalmış qəflətən onlar qaçaraq yolu avtomaşının hərəkəti istiqamətində sağdan sola keçməyə başladılar. Mən piyadaları vuracağımı gördüm, dərhal iti sürətlə sükanı sola buraraq, maşını əks hərəkət yoluna çıxartdım. Sonra həmin şəxsləri vurmaqdan yayındım, lakin bu zaman avtomobilim qarşıdan gələn “Deawo Damas” markalı maşınla toqquşdu. Nəticədə ölüm hadisəsi baş verdi. Özüm də ciddi xəsarətlər aldım. Hadisədən sonra huşsuz vəziyyətdə oldum. Bir müddət özümdə olmadım”.
O, ifadəsinin davamında söyləyib ki, ümumiyyətlə içki içən deyil: “Həmin günü də orada içki qəbul etməmişdim”. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişlərin hüquqi varislərinin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapıb. Məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11.08.2021-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Land Rover” markalı avtomobilin sürücüsü E.Kəlbəliyevin hərəkətlərində “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olub və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olub. Bundan başqa, sürücü - təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində qanununun müvafiq tələblərinə uyğunsuzluq aşkarlanıb. Elan olunub ki, hadisədə ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.
Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilib. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub.
Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib.
Xatırlatma: E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.
598 dəfə oxundu