Dağıstan hökumətinin keçmiş rəhbərini maşınla vurub öldürdülər

Dağıstan hökumətinin keçmiş rəhbərini maşınla vurub öldürdülər
Dağıstan hökumətinin keçmiş sədri Maqomed Abdulayev Mahaçqalada qəza nəticəsində dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İdarədən bildirilib ki, hadisə ötən gecə baş verib. Qızılyurt sakini "VAZ-21214” markalı avtomobillə yolu keçən piyadanı piyada keçidindən kənarda vurub.

Nəticədə piyada, 61 yaşlı yerli sakin xəstəxanaya yerləşdirilib. Lakin o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Agentlik qeyd edir ki, mövcud məlumata görə, ölən Dağıstan Respublikası hökumətinin keçmiş sədri Abdulayev Maqomed İmranoviçdir. Maqomed Abdulayev 2010-2013-cü illərdə Dağıstan hökumətinə rəhbərlik edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...