Azərbaycanda qadına şər atdılar, özünü doğradı

Azərbaycanda qadına şər atdılar, özünü doğradı
Qazaxda qadın özünə xəsarət yetirib. Hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. 37 yaşlı Ləman Musazadə qolunun kəsilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Musazadə Ləman Şərafəddin qızının qollarını doğramasının səbəbi üzə çıxıb.

Belə ki, həmkəndlisi R.Vəliyev sosial şəbəkələrdə mütəmadi olaraq, şər-böhtan xarakterli ifadələr işlətməklə L.Musazadəni və ailəsini təhqir edib. Qadın da bu səbəbdən yanvarın 10-u saat 13:30-da yaşadığı evdə bıçaqla sol qolunu kəsərək, özünü öldürmək istəyib.

Hazırda araşdırmalar davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...