Bakıda qanunsuz valyuta mübadiləsi həyata keçirən daha beş nəfər saxlanılıb

Bakıda qanunsuz valyuta mübadiləsi həyata keçirən daha beş nəfər saxlanılıb


Bakıda qanunsuz valyuta mübadiləsimə qarşı tədbbirlər davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 29-da idarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, paytaxt ərazisində ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər saxlanılıb. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Saxlanılan şəxslər – 1975-ci il təvəllüdlü Həmidov İlqar Qunsur oğlu, 1994-cü il təvəllüdlü Abdullayev İstəməli Telman oğlu, 1967-ci il təvəllüdlü Cəfərov Əfqan Cəlal oğlu, 1967-ci il təvəllüdlü Şahbazov Habil Həbulla oğlu və 1985-ci il təvəllüdlü Nağıyev Hüseyn Eldar oğludur.

Bakı Şəhər Baş Polis İdarəsi rəsmən elan edir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək, bu qanunsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 054 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...