“Narkotiki evimə Nərimanov polisi qoyub” - Bəraət alan auditor
1.5 kiloqramdan artıq narkotik ittihamı ilə bir ildir həbsdə saxlanılan Emin Zeynalov bəraət alaraq azadlığa çıxıb.
Yeniavaz.com Azadlıq Radiosunun Azərbaycan xidmətinə istinadən xəbər verir ki, yanvarın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında bəraət hökmü çıxarılıb.
Məlumata görə, 38-yaşlı E.Zeynalov ali təhsillidir, audit təşkilatında işləyib. Məhkəmədə bildirib ki, narkotik istifadəçisi olub, buna görə də çox peşmandır. Lakin heç vaxt narkotikin satışı ilə məşğul olmayıb.
İttihama əsasən, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları onun üstündən, ardınca da evindən ümumilikdə 1 kiloqram 660 qram narkotik tapıblar. Zeynalov isə deyib ki, bunlar yalandır, üstündən və evindən tapıldığı iddia olunan narkotikin ona aidiyyəti yoxdur. Onun sözlərinə görə, həmin narkotik maddəni polis əməkdaşlarının özləri qoyub, sonra da ondan aşkarlanmış kimi təqdim ediblər. O, həmçinin tutularkən Nərimanov Rayon Polis İdarəsində təzyiqlərə məruz qaldığını, döyüldüyünü də vurğulayıb.
Yanvarın 18-də hökmdən öncə son sözündə Zeynalov narkotik istifadə etdiyinə görə peşman olduğunu bir daha dilə gətirib və məhkəmədən narkotik satışı ittihamı üzrə ona bəraət verilməsini istəyib.
Qeyd edilib ki, Emin Zeynalov həbs olunduğu ilk günlərdə - 2022-ci ilin fevralında Daxili İşlər Nazirliyi açıqlama yayıb ki, ondan 1 kiloqram 660 qram heroin tapılıb.
561 dəfə oxundu