Ana ölümünə görə cinayət işi açıldı

Ana ölümünə görə cinayət işi açıldı


Bakıda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb.

Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, başlanan cinayət işi Respublika Klinik Xəstəxanasında baş verən ölüm faktı ilə bağlıdır.

Belə ki, yanvarın 2-də saat 23 radələrində Göygöl şəhər Mərkəzi Xəstəxanasının 16 dekabr 2015-ci il tarixli göndərişinə əsasən “35-36 həftəlik hamiləlik, ölü döl, ciftin hissəvi ayrılması, hipoqlemekiya, anemiya, loporotomiya, aşağı seqmentdə qeysəriyyə əməliyyatı, birinci cərrahi doğuş, endogen intaksikasiya, qaraciyər hepotozu” diaqnozu ilə paytaxtın Yasamal rayon ərazisində yerləşən Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilməklə orada müalicədə alan, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ülviyyə Abbasovanın ölməsi faktına görə Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...