Bakıda dəhşət: ər və arvad evdə yanaraq öldü
Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında yanğın olub. Virtualaz.org FHN-in saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus, ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. Hadisə nəticəsində ev sahibi, 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı, 1951-ci il təvəlüdlü Abbasova Zoyanın yanmış meyitləri aşkar olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bakıda iki nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb. Virtualaz.org Bakı Şəhər Prokurorluğuna istinadən xatırladır ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində çoxmənzilli yaşayış binasındakı mənzillərdən birində 1951-ci il təvəllüdlü Mikayıl Abbasov və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Zoya Abbasovanın yanmış meyitləri aşkar edilib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertləri, polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.
1 009 dəfə oxundu