Tanınmış yazıçının oğlu yenidən həbs edildi

Tanınmış yazıçının oğlu yenidən həbs edildi


Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadə həbs edilib. “Report” xəbər verir ki, daha əvvəl dələduzluqda təqsirləndirilən Ə.Kərimzadəyə qarşı yenə də eyni əməllərə görə ittiham irəli sürülüb.

Belə ki, Ə.Kərimzadə vətəndaşdan 30 min manat pulu dələduzluq yolu ilə almaqda ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Saytın əldə etdiyi məlumata görə, Ə.Kərimzadə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovla 1 saylı Bakı İstintaq Təcridxanasında eyni kamerada saxlanılır.

Qeyd edək ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 063 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...