Minaya düşən şəxsin ayaqları amputasiya edildi

Minaya düşən şəxsin ayaqları amputasiya edildi


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Tərtərdəki mina partlayışı ilə bağlı məlumat yayıb.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, 6 oktyabrda Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

“Məlumata əsasən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsin hər iki ayağı amputasiya edilib”.

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır:

"Təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

· Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!

· Yalnız gündəlik işlək yollardan istifadə edin!

· Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!

· Naməlum əşyalara toxunmayın!

· Özünüzü, ailənizi, yaxınlarınızı düşünün".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...