“Tərtər işi”ndə bəraət alan baş leytenanta 182 min təzminat ödəniləcək

“Tərtər işi”ndə bəraət alan baş leytenanta 182 min təzminat ödəniləcək
“Tərtər işi” ilə bağlı 20 il müddətinə məhkum edilərək 5 il 7 ay sonra bəraət alan baş leytenant Sultan Zeydullayevə təzminat kəsilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə iddiaçının tələbini qismən təmin edib.

Qərara əsasən, S.Zeydullayevə maddi ziyana görə 115 min 642 manat, mənəvi ziyana görə 67 min manat, ümumilikdə 182 min 642 manat təzminat ayrılıb.

İş üzrə cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi qərardan narazı qalıb.

Qeyd edək ki, baş leytenant Zeydullayev Sultan Ramazanoviç 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il bəaət alaraq azadlığa buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...