Anasını anlaqsız vəziyyətdə baltalayıbmış - Həbs verilmədi

Anasını anlaqsız vəziyyətdə baltalayıbmış -
Xaçmazda anasını balta ilə öldürməkdə ittiham olunan Ramiz Sultanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Gundeminfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, işə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Müdafiə tərəfi təqsirləndirilən şəxsin cinayət törədərkən və hazırkı müddətdə anlaqsız vəziyyətdə olduğunu deyib. Bununla bağlı ekspertiza rəyləri də iş materiallarına əlavə edilib.

Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti məhkəməyə təqdim edilmiş ekspert rəylərini iş üçün əhəmiyyətli hesab edib.

Hökmə əsasən 44 yaşlı R.Sultanov cinayət hadisəsini anlaqsız vəziyyətdə törətdiyinə görə cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin yanvar ayında, Xaçmaz rayonunun Əzizli kəndində qeydə alınıb.

İttihama görə, 44 yaşlı R.Sultanov 67 yaşlı anası Səmən Sultanovanı balta ilə vuraraq qətlə yetirib. O, hadisədən sonra kənddən qaçıb, 17 gün sonra Xaçmaz rayonunun mərkəzində saxlanılıb.

Ona qarşı cinayət məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...