“MİR” avtosalonunun sahibinə 7 il həbs verildi

“MİR” avtosalonunun sahibinə 7 il həbs verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, 1974-cü il təvəllüdlü iş adamı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib.

Bildirilib ki, iş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. M.Əhədov onlardan ümumilikdə 1,2 milyon (340000, 351884, 68000, 170000, 272000) manat alaraq dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edək ki, M.Əhədova cinayət işinin açılmasından bir il əvvəl oğlu, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Yasamal rayonunda yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Fotoda mərhum Mirvəfayıl Əhədzadə


“MİR” avtosalonunun sahibinə 7 il həbs verildi
“MİR” avtosalonunun sahibinə 7 il həbs verildi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...