Ana və qızının binadan yıxılması ilə bağlı açıqlama

Ana və qızının binadan yıxılması ilə bağlı açıqlama
Xəbər verdiyimiz kimi, Qaradağ rayonunda ana və qızının yaşadıqları binanın doqquzuncu mərtəbəsindən yıxılması nəticəsində ana vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi münasibət bildirib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Onun sözlərinə görə, bəzi mənbələrdə bunun intihar kimi təqdim edilməsi çaşqınlıq yaradıb, həmin məlumat yanlışdır.

Xatırladaq ki, Sahil qəsəbəsində qeydə alınan hadisə zamanı aynaları silən yeniyetmə qız ehtiyatsızlıqdan yerə düşüb. Son anda qızını xilas etmək istəyən anası Pərvanə Tarverdiyeva da müvazimətini itirərək onunla birlikdə yıxılıb. Nəticədə ana ölüb, qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...