Dövlət ittihamçısı: "İstintaq prosesində Vaqif Xaçatryana qarşı hər hansı təzyiq olmayıb"

Dövlət ittihamçısı: "İstintaq prosesində Vaqif Xaçatryana qarşı hər hansı təzyiq olmayıb"
"Bütün məhkəmə proseslərində Azərbaycan tərəfi kifayət qədər öz humanistliyini göstərdi".

"Report" xəbər verir ki, bunu dövlət ittihamçısı Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vaqif Xaçatryanın cinayət işi o qədər də sadə bir məsələ deyil.

"Biz Vaqif Xaçatryanın yaxalandığı andan etibarən istintaq prosesini diqqətlə izləmişik. Vaqif Xaçatryan Penitensiar Xidmətin əməkdaşlarının alicənab davranışı ilə üzləşib. İstintaq prosesində ona qarşı hər hansı təzyiq olmayıb. Bu, Azərbaycanın humanistliyidir. Lakin yadınıza gəlirsə Ermənistanda vaxtilə həbs edilən soydaşlarımız kifayət qədər işgəncə və təzyiqlərlə üzləşiblər. Amma biz Vaqif Xaçatryana o münasibəti göstərmədik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 928 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...