Pirə gələn ziyarətçilərin ehtiyatsızlığı üzündən meşə ərazisi yandı

Pirə gələn ziyarətçilərin ehtiyatsızlığı üzündən meşə ərazisi yandı


Bu gün Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində yanğın olub. Bu barədə virtualaz.org saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. İ.İbrahimova deyib ki, yanğın müəssisəyə məxsus Gülbəsər meşəbəyliyinin 7 saylı meşə dolayının 62-cı kvartalında baş verib.

Yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və yerli sakinlərin səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın 60 sot ərazini əhatə edib və meşə fonduna ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb. İlkin ehtimala görə yanğın Babagil Piri adlanan əraziyə gələn ziyarətçilərin səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
954 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...