İş adamı vəzifəli şəxslərlə görüşə gizli kamera ilə gedibmiş
Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin sabiq rəisi Adilov Zaur Sefi oğlu və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin sabiq rəisi Əliyev Əjdər Nəsib oğluna hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda Zaur Adilova 8 il 1 ay, Əjdər Əliyevə isə 8 il 2 ay həbs cəzası verilib. Onların hər ikisi 2 il vəzifə tutmaq hüququndan da məhrum edilib.
Araşdırmalar zamanı məlum olub ki, 1982-ci il təvəllüdlü Z.Adilov və 1960-cı ildə anadan olmuş Ə.Əliyev əlbir olaraq İrandan Azərbaycana kartof idxal edən şirkətin rəhbərindən MMC-nin 189.000 manat vergi borcunun silinməsi müqabilində 35 min manat rüşvət tələb ediblər.
Bundan sonra şirkət rəhbəri hüquq-mühafizə orqanlarına müraciət edib və məhkəmənin qərarı ilə vəzifəli şəxslərin izlənməsinə başlanılıb. Həmçinin şikayət etmiş iş adamının üzərinə texniki izləmə qurğusu (gizli kamera) yerləşdirilib. Tərəflər əvvəlcə 15, sonra isə 12 min manat rüşvət müqabilində “razılıq” əldə etdikdən sonra sahibkar ona dövlət qurumu tərəfindən təqdim edilmiş pulları vəzifəli şəxslərə verərkən əməliyyat keçirilib.
Z.Adilov və Ə.Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
590 dəfə oxundu