Tanınmış iş adamının oğlunun öldüyü qəzada gühahlandırılan şəxs məhkəmə zalından həbs edildi
Bakı Apellyasiya Məhkəməsində tanınmış alim və iş adamı olan Mirzəxan Mənsimovun oğlunun yol qəzasında ölümünə səbəb olmaqda təqsirləndirilən Xəlil Əsədlinin barəsindəki hökmdən dövlət ittihamçı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiçin hüquqi varisinin şikayəti və prokurorun protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Xəlil Əsədlinin 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası artırılaraq, 6 ilə qaldırılıb. O, məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Qeyd: 1993-cü il təvəllüdlü Xəlil Əsədli "BMW” markalı avtomobillə ağır qəza törədib. Nəticədə 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ölüb.
Sürücünün barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb..
İttihama görə, "BMW" markalı avtomobil Nurlana məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini Xəlil sərxoş halda idarə edib. Onlar 20 noyabr tarixində saat 05:25-də Səbail rayonu ərazisində - Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində metronun “İçərişəhər” stansiyasından üzü Nərimanov heykəlinə doğru hərəkətdə olarkən avtomobil Xəlilin idarəetməsindən çıxaratq sürətlə maneəyə çırpılıb.
Xatırlatma: Nurlan Mənsimlinin atası, tanınmış coğrafiyaçı alim, həmçinin “İqlim” MMC-nin rəhbəri olan Mirzəxan Mənsimovdur. O, məhkəmədə ifadəsində Xəlilə ağır cəza verilməsini istəyib.
Kamal Məmmədov
714 dəfə oxundu