Ziya Kazımovun işindən apellyasiya şikayəti verilib

Ziya Kazımovun işindən apellyasiya şikayəti verilib
Vəkil Bəhruz Bayramov “Tərtər İşi” çərçivəsində 9 il 6 ay azadlıqdan məhrum edilən hərbçi Ziya Kazımovun hökmündən apellyasiya şikayəti verib.

Gununsesi.info-nun əldə etdiyi apellyasiya şikayətində onun qanunsuz azadlıqdan məhrum edilməsindən söhbət açılır.

Ziya Kazımovun Azərbaycan ordusunda, xüsusilə, Xüsusi Təyinatlı Qüvvələrdəki xidmətlərinin, o cümlədən onun Şuşanın, Hadrudun və digər rayonlarımızın işğaldan azad olunmasındakı qəhrəmanlıqlarının vurğulandığı ərizədə onun müharibə zamanı yüksəkliklərin alınmasında mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və yanıqlar almasından bəhs olunur.

Vəkil, şikayətində İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusuna diqqət çəkib.

Apellyasiya şikayətində, həmçinin bildirirlir ki, Ziya Kazımovun tutulduğu andan müdafiə hüququ pozulub: “O, dərhal vəkillə təmin edilməyib. Dövlət hesabına vəkili belə özü seçməyib. Həmin vəkil onunla ayrıca söhbət etməyib”.

Prosessual pozuntuları sadalayan vəkil birinci instansiya məhkəməsinin hökmünün ləğvini tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...