Bayram axşamı qəzada ölən Kamilin ailəsi şikayətçidir - FOTOLAR
Ötən il dekabrın 31-də Suraxanı rayonu Heydər Əliyev prospektindəki qəza nəticəsində həlak olan Kamil Nəcəfovun ailəsi hadisənin düzgün araşdırılmadığını düşünür.
“Qafqazinfo”ya müraciət edən ailə bildirir ki, “BMW” və “Azsamand”ın toqquşması nəticəsində baş verən qəzadan 26 gün keçməsinə baxmayaraq, onu törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Bakı sakini Hüseynov Turqay Müşfiq oğlu hələ də tutulmayıb.
Onların iddiasına görə, T. Hüseynov sükan arxasında içkili vəziyyətdə olub: “Hadisə şahidləri deyirlər ki, avtomobildə 4 nəfər olub. Qonşumuz da şahiddir. Onun sözlərinə görə, o qədər içkili olublar ki, özlərinə kömək lazım imiş. Hətta sosial şəbəkələrdə videoya şərh yazanlar da qəzanı törədən şəxsin avtomobili sürətlə idarə etdiyini, digər maşınlara maneə törətdiyini yazırlar. Turqay Hüseynovun ailəsi ilə telefon danışığı olmuşdu və onlar onun içkili olduğunu danmırlar. Amma yazılan rəydə hadisəni törədən şəxsin içkili olmadığı qeyd edilib. Bu qədər şahid olduğu halda və sürücünün atası belə içkili olmadığını əminliklə demədiyi bir təqdirdə necə olur ki, içkisiz olduğu barədə rəy verilib? İçkili halda bu hadisəni törədib hələ də azadlıqda gəzir”.
Fotoda: Kamil Nəcəfov
Hadisə zamanı avtomobildə olan mərhum Kamil Nəcəfovun iş yoldaşı Səlbinaz Hüseynova da deyir ki, “BMW” markalı avtomobilin sürücüsü içkili olub və buna görə ayaqüstə dayana bilməyib: “Qəzadan öncə həmin avtomobilin sürücüsü “Prado” markalı maşınla yarışırdı. Nəqliyyat vasitəsini yüksək sürətlə idarə edirdi. Qəza nəticəsində bir anlıq huşumu itirsəm də, daha sonra özümə gəldim. Maşındakı 4 nəfər o qədər içkili idilər ki, bizə kömək edə bilmirdilər. Yoldan keçənlər onlara yardım edirdilər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev müraciətimizə cavab olaraq bildirdi ki, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir: “Ötən il dekabrın 31-də paytaxtın Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb. İzahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir”.
Qeyd edək ki, qəza dekabrın 31-i axşam saatlarında Heydər Əliyev prospektində baş verib. Hava limanı istiqamətində irəliləyən “BMW” markalı 77-FD-330 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək eyni hərəkət zolağında olan “Azsamand” markalı 99-PV-643 dövlət qeydiyyat nişanlı avtomobili sol arxa yan hissəsindən vurub.
Hadisə nəticəsində “Azsamand”ın sürücüsü, 1992-ci il təvəllüdlü Bakı sakini Kamil Nəcəfov həlak olub. Evli olan K. Nəcəfovun 5 yaşlı qız övladı qalıb.
703 dəfə oxundu