“Azəriqaz”ın qadın mühasibi dələduzluğa görə həbs edildi

“Azəriqaz”ın qadın mühasibi dələduzluğa görə həbs edildi
Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Zəminə Səfərovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə əvvəlki cəzalar da qismən toplamaqla ona qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Xatırlatma: Cinayət materiallarında qeyd olunub ki, Zəminə Səfərova 2023-cü ilin aprel ayında qonşusu, zərərçəkmiş Nərmin Dadaşovanın (şərti) etibarından sui-istifadə edib, onu “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt şəhər Qaz idarəsinə kompüter mühəndisi vəzifəsinə işə düzəldəcəyini vəd edib. “Azəriqaz”da mühasib işləyən təqsirləndirilən şəxs qonşusuna SOCAR-da yüksək vəzifəli şəxslərlə qohumluq əlaqələrinin olduğunu bildirib. Zəminə bu yolla zərərçəkmişdən ümumilikdə 3 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Qeyd: Zəminə Səfərova daha əvvəl eyni - dələduzluq əməlinə görə saxlanılıb və Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə Zəminə Səfərova elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, Sumqayıt şəhər Qaz İdarəsində mühəndis vəzifəsində çalışıb. O, Nərmin Dadaşovadan işə düzəldəcəyi adı ilə 3 000 manat pul aldığını etiraf edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...