Təqsiri sübut olunarsa, Əhməd Əhmədovu hansı cəza gözləyir? - Vəkil

Təqsiri sübut olunarsa, Əhməd Əhmədovu hansı cəza gözləyir? -

"Təqsiri sübut olunarsa, Əhməd Əhmədova ömürlük həbs cəzası verilə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında hüququşünas Səməd Vəkilov fevralın 13-də Bakıda 5 nəfərin ölümü ilə nəticələnən cinayət hadisəsinin hüququ tərəflərini izah edərkən deyib.

Hüquqşünas bildirib ki, cinayətdə şübhəli bilinən şəxsə Cinayət Məcəlləsinin 120-ci maddəsi tətbiq edilə bilər:

"Əgər cinayəti Əhməd Əhmədov törədibsə, onun ruhi xəstə olması heç nəyi dəyişməyəcək. İstintaq müəyyən etsə ki, Əhməd Əhmədov həmin vaxtı anlaqsız vəziyyətdə olub, onun ruhi əsəb dispanserindən buraxılmasına şərait yaradan şəxslər də məsuliyyətə cəlb olunmalıdır. Əgər belə hal olubsa, həmin şəxslər də məsuliyyətdən yaxa qurtara bilməyəcək".

Səməd Vəkilov hesab edir ki, Əhməd Əhmədovun taksi sürcüsü kimi fəaliyyət göstərməsi istintaq orqanları tərəfindən araşdırılacaq:

"Taksi şirkətlərində işləyən sürücülərin hər biri yoxlanılmalıdır. İnsanlar həyatlarını onlara etibar edir. Bundan əlavə həmin şəxsləri taksi fəaliyyətinə cəlb edənlər də cəzalandırılmalıdır".

Qeyd edək ki, fevralın 13-də paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov atası Mehman Əhmədovu, anası Bikə Əhmədovanı, qardaşı Məhəmməd Əhmədovu, bacısı Elmira Əhmədova və onun azyaşlı uşağını qətlə yetirməkdə təqsirli bilinərək saxlanılıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə Bakıda 5 nəfər ailə üzvünün qətlində təqsirli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı istintaq aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...