Deputat Prezidenti təhqir edənləri cəzalandırmağı təklif edib
Milli Məclisin deputatı Zahid Oruc dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericiliyin işləmədiyini bəyan edib.
“Report”un məlumatına görə, parlamentin plenar iclasında çıxış edən deputat qeyd edib ki, hazırda hər gün müxtəlif informasiya şəbəkələrində prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi olur.
“Xalqın müdafiəsini və təhlükəsizliyini hifz edən, o cümlədən Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır. Millətin vahidliyi, ərazi bütövlüyü və suverenlyi, Qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir”, - o deyib.
Deputat xatırladıb ki, Avropa İttifaqı ölkələrinin əksəriyyətində ölkə rəhbərinin təhqiri qanunla cəzalandırılır. Onun sözlərinə görə, İtaliya, İspaniya, Almaniya, Polşa və digərlərində buna görə müxtəlif növ cinayət məsuliyyəti mövcuddur.
“Biz beynəlxalq qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçilərini məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik”, - Z.Oruc bəyan edib.
440 dəfə oxundu