Sərxoş polis YPX maşınını vurdu və...

Sərxoş polis YPX maşınını vurdu və...


Şabran rayonunda Yol Patrul Xidmətinə məxsus 90 YP 182 dövlət nömrə nişanlı xidməti avtomobil qəzaya uğrayıb. Aznews.az xəbər verir ki, “Mercedes” markalı avtomobil polis maşınına arxadan çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, “Mercedes”in sürücüsü Fərid adlı polis əməkdaşı (Şabran rayonunda bazarda xidmət aparır – red.) olub və o, içkili olduğu üçün qəza törədib. Qəzanı törədən şəxsin də polis olması hadisənin ört-basdır edilməsinə səbəb olub.

DYP-nin Yol Patrul Xidmətinin əməkdaşları qəza törədən şəxsi avtomobilə dəyən ziyanı aradan qaldırmaq üçün cərimə meydançasına aparıblar və ondan təmir etməsi tələb olunub. Avtomobil cərimə meydançasına aparılıb və təmir üçün usta çağırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 024 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...