General Orucov və digərlərinin cəzası azaldıldı

General Orucov və digərlərinin cəzası azaldıldı
“Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov və digərləri barəsindəki hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

General Bəkir Orucova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda ) maddəsi ittihamdan xaric edilib. Generalın cəzası 9 il 6 aydan 6 il 6 aya endirilib.
Ətraflı

Ziya Kazımov, İntiqam Məmmədov, Rahib Məmmədov və Ülvi Rəşidovun cəzası isə 4 ay azaldılıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə B.Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...