Vidadi Mahmudov həbs edilə bilər - Böhtan atmaqda ittiham edilir

Vidadi Mahmudov həbs edilə bilər -

Keçmiş müsavatçı vəkil Vidadi Mahmudov xüsusi ittiham qaydasında məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, o, Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə ittiham edilir.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Sentyabrın 3-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Babək Pənahovun sədrliyi ilə keçiriləcək.

Qarşı tərəfin kim olması barədə məlumat yoxdur. Vidadi Mahmudovun özü ilə danışmaq mümkün olmayıb.

147-ci maddədə 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Vidadi Mahmudov 2005-ci ilin parlament seçkilərində Mərkəzi Seçki Komissiyasının katibi kimi Müsavat Partiyasını təmsil edib. Seçkidən sonra isə partiya təmsilçiliyinə son qoyub və siyasətdən gedib. Hazırda vəkillik fəaliyyəti məşğul olur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
455 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...