Üzr istədiyinə görə həbsdən buraxdılar

Üzr istədiyinə görə həbsdən buraxdılar


Qazaxıstanda sosial ədavəti qızışdırmaq ittihamı ilə həbsə atılan hüquq müdafiəçi üzr istədikdən sonra buraxılıb. Serikzhan Mambetalin və həmkarı Ermek Narymbaev yanvarın 22-də 2-3 il həbz cəzasına məhkum ediliblər. Amma onların ikisi də həbslərinin siyasi motivli olduğunu deyirlər.

Mambetalin yanvarın 29-da “Feysbuk”da günahkar olduğunu, səhvinə görə üzr istədiyini və bilməyərəkdən cinayət törətdiyini yazıb. Vəkili yanvarın 30-da AzadlıqRadiosuna onun Almaatını tərk etməmək şərti ilə azadlığa buraxıldığını deyib. Hər iki fəal hakimiyyətin tənqidçilərindən hesab olunur. Onlar sosial şəbəkələrdə yazdıqları fikirlərə görə ötən ilin oktyabrında saxlanmışdılar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...