İTV-nin itkin düşən əməkdaşlarının meyidi tapıldı - İNTİHAR

İTV-nin itkin düşən əməkdaşlarının meyidi tapıldı -


İctimai Televiziyanın (İTV) 35 gün əvvəl itkin düşmüş əməkdaşı Rəşad Əliyevin intihar etdiyi məlum olub. APA-nın məlumatına görə, onun meyiti ötən gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib. Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Rəşad Əliyevin meyiti üzərində heç bir zorakılıq əlamətləri və xəsarətlər aşkar edilməyib. Onun intihar etdiyi ehtimal olunur. Bu gün meyit ailəsinə təhvil veriləcək.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.


İTV-nin itkin düşən əməkdaşlarının meyidi tapıldı -
İTV-nin itkin düşən əməkdaşlarının meyidi tapıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 302 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...