Fəzail Ağamalı: “Ölkədə korrupsiyaya qarşı mübarizə aparılır”

Fəzail Ağamalı: “Ölkədə korrupsiyaya qarşı mübarizə aparılır”

“Baş vermiş faciəni sırf korrupsiya ilə əlaqələndirmək hələ çox tezdir”

Bu sözləri millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 15 insanın ölümü və 60 insanın yaralanması ilə nəticələnən yanğın faciəsinin ölkədə tüğyan edən korrupsiya ilə nə qədər əlaqəli olmasını dəyərləndirərkən bildirib.

Fəzail Ağamalı faciə ilə bağlı qanunvericilik aktlarının gücləndirilməsini və icrasında ciddi addımların atılmasının zəruri olduğunu bildirib:

“İdərəetmədə həmişə təkmilləşdirmə gedir və islahatlar aparılır. Ona görə də demək olmaz ki, ölkədə islahatlar getmir. Əslində islahatlar gedir. Düşünürəm ki, baş vermiş faciənin icra orqanlarındakı problemlərlə hər hansısa bağlılığı var. Sadəcə olaraq bütün sahələrdə olduğu kimi icra orqanlarında çalışanların məsuliyyəti artırılmalıdır. Ola bilsin ki, bununla bağlı qanunvericilik aktlarında və icrasında ciddi addımlar atılsın. Qaldı ki, bu faciənin sırf korrupsiya ilə bağlı olmasına, ölkədə korrupsiyaya və məmur özbaşınalığına qarşı həmişə mübarizə gedir. Uzun illərdir ki, ölkə prezidentinin yürütdüyü siysi, iqtisadi və sosial xəttin içərisində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə xüsusi əhəmiyyətli yer tutur və bu proses bundan sonrada davam edəcək.

Xüsusi olaraq Beynəlxalq Bankda baş vermiş xoşagəlməz hadisələr də bu istiqamətdə daha kəskin və mühüm addımların atılması zərurətini yaradır. Hazırda istər Beynəlxalq Bankla bağlı, istərsə də yanğın faciəsi ilə bağlı istintaq gedir. Biz istintaqın gedişini və nəticələrini gözləməliyik. Əminəm ki, istintaqın nəticələrindən sonra bütün həqiqətlər ortaya çıxacaq. Bundan sonra həmin məsələlərlə bağlı daha məsuliyyətli fikir mübadiləsi aparmaq olar”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...