İranlı milyarder Babək Zəncani barəsində ölüm hökmü çıxarılıb

İranlı milyarder Babək Zəncani barəsində ölüm hökmü çıxarılıb


İranda 41 yaşlı milyarder Babək Zəncani barəsində edam hökmü çıxarılıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hökmə əsasən, B. Zəncani və onunla əlbir olan daha iki nəfər asılacaq.

Onlar xaricə neft satışından külli miqdarda mənimsəmədə günahlandırılırlar. “Reuters”in xəbərinə görə, onların hər üçü korrupsiya əməllərində də təqsirli bilinir.

Məhkəmə, həmçinin, B. Zəncaninin və əlbir olduğu şəxslərin mənimsədikləri, ölkənin bütün yanacaq sahəsinin dövlət operatoru olan İran Milli Neft Şirkətinin vəsaitini dövlət xəzinəsinə qaytarmaları barədə də qərar çıxarıb. İttiham olunan şəxslər məhkəmə qərarından şikayət edə bilərlər. Qeyd edək ki, B. Zəncani 2013-cü ilin dekabrında 12 deputatın onun sahibkarlıq fəaliyyətinin araşdırılması üçün hökumətə müraciətindən sonra tutulub.

O, neft ixracından əldə etdiyi 2 milyard dollara yaxın gəliri gizlətməkdə ittiham olunurdu (Rəsmi Tehran karbohidrogen ehtiyatların xaricə ixracatı ilə məşğul olmağı ona həvalə etmişdi). 2012-ci ildən isə B. Zəncani neft embarqosuna baxmayaraq, İran rəhbərliyinə yardım etdiyinə görə ABŞ və Avropa İttifaqının sanksiyası ilə üzləşib.

13,5 milyard dollarlıq sərvətə malik olan B. Zəncani İranın ən varlı şəxslərindən sayılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...