Zakir Nəsirov azadlığa çıxa bilər - Vəkil

Zakir Nəsirov azadlığa çıxa bilər -


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, hazırda həbs həyatı yaşayan polis general-mayoru Zakir Nəsirovun həyat yoldaşı Antonina Nəsirova ölkə prezidenti və Prezident yanında Əfv Komissiyasına müraciət edib.

O, həyat yoldaşının Novruz bayramında əfv olunmasını xahiş edib.

Hafta.az-a açıqlama verən Zakir Nəsirovun vəkili Adil İsmayılovun sözlərinə görə, müvəkkilinin hazırkı durumda birmənalı olaraq əfv olunma ehtimalları mövcuddur: “Zakir Nəsirov həbs olunduğu gündən özünü günahkar hesab etmir. Onun işini keçmiş Milli Təhlükəsizlik Nazirliyi aparıb. Onların da hansı cinayətlər törətdiyi hamıya məlum oldu. Azərbaycanda bir neçə dəfə ömürlük məhbusların azadlığa çıxma halları baş verib. Bu prezidentin müstəsna səlahiyyətlərinə aid olan məsələdir. Əgər ölkə başçısı istərsə, Zakir Nəsirov azadlığa çıxa bilər. Hazırkı durumda Zakir Nəsirovun birmənalı olaraq əfv olunma ehtimalı mövcuddur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...