Qara kürü satan azərbaycanlılar tutuldu

Qara kürü satan azərbaycanlılar tutuldu


Rusiyanın paytaxtı Moskvada insan sağlamlığı üçün təhlükəli olan nərə kürüsünün qanunsuz satışı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə AzVision.az “fishnews.ru” saytına istinadən xəbər verir. İstintaqın versiyasına əsasən, üç Azərbaycan və bir Rusiya vətəndaşı 2015-ci ilin martından dekabr ayına qədər təhlükəsizlik tələblərinə cavab verməyən qara kürü satışı ilə məşğul olub. İşin cinayətkarlar arasında bölünməsi bütün mərhələlərə (malın tədarük edilməsi və saxlanılmasından istehlakçıya qədər) nəzarət etməyə imkan verib.


Ötən ilin dekabr ayında Baş İstintaq İdarəsi və operativ orqanların əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı 10 kiloqramdan artıq kürü müsadirə olunub. Aparılan ekspertiza məhsulun insan sağlamlığına ziyan olduğunu aşkarlayıb. Hazırda faktla bağlı başladılan cinayət işi davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...