Masallıda dəhşətli ailə dramı - Təfərrüat

Masallıda dəhşətli ailə dramı -


Masallıda uşağı olmayan gəlin ərinin ailəsi tərəfindən çölə atılıb, başına olmazın zülmlər gətirilib. Bu barədə AzNews.az-a çölə atılan Şəlalə Tahirovanın atası Fəzail Tahirov məlumat verib. Onun sözlərinə görə, 2010-cu ildə ər evinə yola saldığı qızı 3 il sonra şikəst formada üstünə qaytarılıb: “2010-cu ildə qızımı el adətiylə ər evinə yola salmışam. Lakin 3 il sonra ərinin ailəsi ilə onun arasında münaqişə başlayıb. Münaqişəyə səbəb isə qızımın uşağının olmaması göstərilir. Qızımızı müayinəyə aprdıq, məlum oldu ki, onun sağlığı yerindədir.

Problem yoldaşındadır. Münqaişə zəminində qızımı döyüb, eyvandan aşağı atıblar. Deyirlər ki, guya qızım qayınanasına söz qaytarıb, buna görə də oğlan onun sinəsindən itələyib, o da eyvandan aşağı düşüb. Hadisə vaxtı mənim yoldaşım da orada olub. Eyvan da təxminən 3,5-4 metr hündürlüyündədir.

Qızım eyvandan yıxılıb, ayağı parçalanıb. Onu əməliyyat etdirdik. Lakin həkim dedi ki, qızın yenidən əməliyyata ehtiyacı var. Ayağına mil qoyuldu. 6 ay sonra çıxarılanda isə qızın ayağı əyri qalmışdı. Yenidən qırıb əməliyyat etdilər. Bu dəfə əməliyyat uğurlu keçdi, amma Şəlalənin ayağının biri qısalıb. Buna görə yenidən əməliyyata saldırmalıyıq”.

Qız atası bildirir ki, Şəlalə Tahirova məlum hadisədən sonra xəstəxanada izahat verəndə, qayınanası Zöhrə Qafarova ondan baş verənləri gizlətməsini xahiş edib: “Xəstəxanaya gəldilər. Yalvar-yapış elədilər. Qızımı ələ aldılar. Dedilər ki, ərindir, şikayət etmə, filan. Qızım da şikayət etmədi. Qayınanası polisə ifadə verdi ki, guya xalça yuyanda ayağı sürüşüb, pilləkəndən düşüb. Beləcə barışdılar, yenidən qayıtdı evinə”.

Ər evinə qayıdan gəlin 10 gün sonra çölə atılıb: “Onlara qızımın polisə şikayət etməməsi lazım imiş. Çünki evə aparandan 10 gün sonra eşitdim ki, Şəlaləni evdən çıxarıblar. Qız qalıb çöldə. Getdim gətirdim evə. Hadisə ilə bağlı polisə şikayət etdik. Araşdırma başladı”.

Ailənin əsl faciəsi isə iş barədə polisə şikayət edəndən sonra başlayıb: “İstintaq başladı. 2 ay sonra məhkəmə oldu. Lakin məhkəmə işi yenidən prokurorluğa qaytardı. Belə əsaslandırdılar ki, işi müstəntiq yox, əməliyyatçı aparıb. Ona görə yenidən istintaq olmalıdır. Bundan sonra prokuror işi Masallı rayon Polis İdarəsinin milis mayoru Azər Bəhmənova vedi. Azər Bəhmənov işi 2 ay yubatdı. Şəxsi mənafeyinə görə onları haqlı, bizi isə haqsız çıxardı. Dedilər ki, guya qızım dəli olub. Prokuror da işi ləğv etdirdi”.

İşin ləğv olunduğu görən ata Baş prokuror Zakir Qaralova məktub yazıb: “Baş Prokurorluqda İlham Hacıyev məni və qızımı qəbul etdi. Baş Prokurorluq işimizi kapitan Ramin Əhədova verdi. Ramin Əhədov işə nazərət etməyə başlayandan sonra əvvəllər aparılan 127.1-ci maddə üzrə olan iş ləğv edilib, 131.1-ci maddə üzrə istintaqa başlanılıb. Bu da 300 manat cərimədən, 6 aya qədər azadlıqdan məhrum etmə cəzasıdır. Maddənin dəyişdirildiriyini isə biz məhkəmədə bilmişik. O vaxta kimi bizə məlumat verilməyib”.

F.Tahirov iddia edir ki, məhkəməyə şahid qismində qarşı tərəfin vəkilinin tanışları çıxarılıb:“Qarşı tərəfin vəkili Tofiq Əliyevdir. Məhkəmədə Tofiq Əliyevin öz tanışları şahid qismində çıxarıldı. Guya hadisə baş verəndə orada olublar. Prokuror oğlana 6 ay azadlıqdan məhrumetmə istədi. Hakim 1 il icbari iş və əmək haqqının 20 %-i dövlət hesabına köçürülmə barədə qərar çıxardı.
Qarşı tərəf razılaşmadı. Biz də məhkəmədə işin 127.1-lə getməsini və oğlanın azadlıqdan məhrum edilməsini, şahid qismində çıxarılan ər-arvadın isə yalan ifadə verdiklərinə görə, ibzibati məsuliyyətə cəlb olumasını istədik. Prokuror dedi ki, hakimin qərarından protest verəcəyik. Biz də razılaşdıq. İclas bitdi, prokuror otağına gedəndə mən də arxasınca getdim. Prokuror dedi ki, mən protest verməyəcəyəm. Niyəsini soruşdum. Cavab vermədi. Demək ki, pul alıb, ona görə də protest vermək istəmədi”.

Qarşı tərəf hakimin qərarından Apellyasiya Məhkəməsinə şikayət edib: “İş Şirvan Apellyasiya Məhkəməsinə çıxdı. Hakim Amil Doçiyev qərarı qüvvədə saxladı. Qızımın kemçiş ailəsin Ali Məhkəməyə şikayət verdi. Uzun prosesdən sonra iş yenidən Apellyasiya Məhkəməsinə qayıdı. 3-4 protestdən sonra hakim ali məhkəmədən gələn işi ləğv elədi”.

Artıq rəsmi olaraq boşanan Şəlalə Tahirova ilə Elnur Qafarov arasında hazırda mülk davası gedir. Fəzail Tahirov qızına verdiklərinin ər evi tərəfindən talandığını deyir: “Öz əlimlə mal-qara vermişdim. Qaytarmayıblar. Qızıllarını götürüblər. Evini talan ediblər”.

Tahirovlar ailəsi məsələ ilə bağlı Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Onlar məhkəmənin yenidən sözügedən işə baxmasını tələb edirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
997 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...