Sumqayıtda 27 yaşlı gənc doğum günündə qətlə yetirildi FOTOLAR

Sumqayıtda 27 yaşlı gənc doğum günündə qətlə yetirildi


Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Musavat.com xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonundakı 6 saylı binanın həyətində baş verib. Ucar rayon sakini, 1989-cu il təvəllüdlü Namiq Əlibaba oğlu Məmmədov bir bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib. Əməkdaşımız qətlin təfərrüatını öyrənmək üçün Namiq Məmmədovun yaşadığı mənzillə yollanıb. Lakin onun cənazəsi dəfn olunması üçün ailəsi tərəfindən Ucar rayonuna aparıldığından evdə heç kim yox idi.
Sumqayıtda 27 yaşlı gənc doğum günündə qətlə yetirildi

Qonşuların bildirdiyinə görə, Namiq Bakıda obyektlərdən birində mühafizəçi işləyib. Onun yaşadığı məhəllədə heç kimlə münaqişəsi olmayıb. Əməkdaşımız onu da öyrənib ki, yaşadığı binan qarşısında qətlə yetirilən Namiq ad gününə hazırlaşırmış. O, hadisə baş verən gün gecə növbəsində işləyirmiş. Ona görə də doğum gününü bir gün sonra keçirməyi planlaşdırıb. Amma sonradan Namiq fikrini dəyişib, rəhbərlikdən icazə alaraq evinə yola düşüb. Atasına zəng edərək növbəsini başqa günə dəyişdiyini bildirib və doğum gününü qeyd etmək üçün evə gələcəyini deyib. Bu zəngdən çox vaxt keçməmiş o, naməlum şəxs tərəfindən bıçaqlanıb

Namiq Məmmədov yaralı vəziyyətdə binanın alaqapısına qədər gələ bilib. Onun yerə yıxıldığını görənlər Namiqin vəziyyətinin yaxşı olmadığını anasına xəbər veriblər. Qonşularının bildirdiyinə görə, Namiq anasının qucağında daxili qanaxmadan keçinib. Hadisənin kimin nə məqsədlə törətdiyi hələlik məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Şübhəli şəxsin axtarışına başlanılıb.


Sumqayıtda 27 yaşlı gənc doğum günündə qətlə yetirildi
Sumqayıtda 27 yaşlı gənc doğum günündə qətlə yetirildi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...