36 yaşlı qadın qonaq gəldiyi atası evində öldü...

36 yaşlı qadın qonaq gəldiyi atası evində öldü...


Xaçmaz rayonunda dəm qazından ölüm faktı qeydə alınıb. “GUNDEMINFO”nun ans press-ə istinadən məlumatına görə, hadisə rayonun Həbibkənd yaşayış məntəqəsində baş verib.

Atası evinə qonaq gələn Sumqayıt sakini Sevinc Kamil qızı Əzizova dəm qazından zəhərlənmə və termiki yanıq xəsarəti ilə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq 36 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Tibbi ekspertizadan keçirildikdən sonra meyit ailəsinə təhvil verilib. Xaçmaz polisi faktı təsdiqləyib. “Azəriqaz”ın Xaçmaz rayon şöbəsi hadisə baş verən yerdə yoxlamalara başlayıb. İlkin məlumata görə, Sevinc Əzizova hamamda çimərkən dəm qazından zəhərlənib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
912 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...