Azərbaycana saxta dollar daşıyan gürcü saxlanıldı

Azərbaycana saxta dollar daşıyan gürcü saxlanıldı

DİN məlumat yaydı

Gürcüstan vətəndaşı “Qırmızı körpü” (Gürcüstan-Azərbaycan sərhəddi) sərhəd-keçid məntəqəsində saxlanılıb. O, 194,4 min ABŞ dolları həcmində saxta pulun saxlanılması və satılmasında ittiham edilir.

Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə DİN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, saxta dollar əskinazları 1994-cü il təvəllüdlü Qoçi Ç., şəxsi əşyalarının yoxlanması zamanı aşkar edilib. Saxlanılan şəxs günahını etiraf edib. Gürcüstanın CM-nin 212-ci maddəsinin 2-ci bəndinə əsasən (böyük məbləğdə saxta bank əskinaslarının, metal sikkələrin, qiymətli kağızların və valyutanın satış məqsədilə hazırlanması, saxlanılması) cinayət işi açılıb.
Bu maddəyə əsasən cəza qismində dörd ildən yeddi ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 437 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...