Azərbaycanda iş adamı vəhşicəsinə öldürüldü
Bu gecə Kürdəmir rayonunda tanınmış iş adamı olan qadın vəhşicəsinə qətlə yetirilib. Kürdəmir rayon prokurorunun böyük köməkçisi Pərviz Nərimanovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə gecə saat 01 radələrində rayonun Heydər Əliyev prospektində baş verib.
Həmin ünvanda yaşayan 1954-cü il təvəllüdlü Sahibə Məhəmməd qızı Hacıəliyeva həyətində qətlə yetirilib. Onun bədənində çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət isti izlərlə açılıb. Araşdırmalar zamanı məlum olub ki, qadın 25 yaşlı Şaiq Şahin oğlu İsrafilov tərəfindən törədilib.
Hadisədə şübhəli bilinən Şaiq İsrafilov saxlanılıb. O, ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib. Cinayətdə şübhəli bilinən Şair İsrafilov bildirib ki, qadını şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı qətlə yetirib. Qeyd edək ki, öldürülən Sahibə Hacıəliyeva bölgədə tanınmış iş adamlarındandır. Hacı Sahibə adı ilə tanınan iş adamının şəxsi yanacaqdoldurma məntəqəsi, çoxsaylı ticarət obyektləri var.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1 597 dəfə oxundu