Ermənilər FHN-in əməkdaşını yaraladı
Erməni silahlı qüvvələrinin atəşi nəticəsində bir yanğınsöndürən yaralanıb. GUNDEMİNFO.AZ APA-ya istinadən xəbər verir ki, yaralananlardan biri Fövqəladə Hallar Nazirliyinin Ağdan Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Akif Mustafayev olub. O, Ağdamın Əfətli ərazi nümayəndəliyinin Qaradağlı kəndini ermənilərin iri çaplı silahlardan atəşə tutması nəticəsində evlərdə baş vermiş yanğını söndürən zaman top mərsindən yaralanıb.
Qarın boşluğundan xəsarət almış A. Mustafayev Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyə əməliyyatı aparılıb.
***
Erməni silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın daha 2 dinc sakini yaralanıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün axşam saatlarında Ağdam rayonunun Orta Qərvənd kənd sakinləri 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu və 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu da ermənilərin açdığı atəş nəticəsində baş nahiyəsindən yaralanıblar. Hər iki sakin Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb.
900 dəfə oxundu