Qəbiristanlıqda özünü öldürmək istədi

Qəbiristanlıqda özünü öldürmək istədi

Azərbaycanın Şamaxı rayon sakini intihara cəhd edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərindəki “Yeddi Gümbəz” qəbiristanlığında qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Bəşirov Elbrus Əlbəşir oğlu məzarlıqdakı ağacdan özünü kəndirlə asıb. Bunu görən yaxınlıqdakı insanlar onu xilas edərək, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Reanimasiya şöbəsinə yerləşdirilən Elbrus Bəşirov koma vəziyyətindədir. Rusiyada yaşayan və bu günlərdə Şamaxıya qayıdan iki övlad atası E.Bəşirovun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...