Avropa Oyunlarının açılışında bomba var deyənə 7 İL CƏZA

Avropa Oyunlarının açılışında bomba var deyənə


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat vermədə təqsirləndirilən 1960-cı il təvəllüdlü Aydın Xudiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ittiham aktına əsasən, A.Xudiyev 2015-ci ilin iyunun 12-də, I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində saxlanılıb. A.Xudiyevin evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...