Zibillikdən 44 sənəd və 21 bank kartı tapıldı

Zibillikdən 44 sənəd və 21 bank kartı tapıldı

“Təmiz Şəhər” ASC zavodda aşkar etdiyi 4 ədəd avtomobil seriya nömrəsini, 44 ədəd müxtəlif növ sənədi, 21 bank kartını polisə təhvil verib. Virtualaz.org xəbər verir ki, bu əşyalar Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) şəhərdən yığılmış məişət tullantıları arasında aşkar edilib. Bakıdan yığılan tullantılar BMTÇZ-də “Təmiz Şəhər”ə təhvil verilir. Tullantılar bu zavodda çeşidlənir, təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılaraq xammal kimi uyğun müəssisələrə göndərilir.

İş prosesi zamanı tullantılar arasında tullantı olmayan əşyalara (sənəd, nömrə, silah, pul, dəyərli əşya və s.) rast gəlindikdə isə, onlar götürülərək aidiyyəti üzrə təhvil verilir. Sənədlər arasında şəxsiyyət vəsiqələri, pasportlar, əmək kitabçaları, təhsil və doğum haqqında şəhadətnamələr, tələbə bileti, avtomobil sənədləri və nömrələri var. Bu cür əşyalarını itirən şəxslər polisə müraciət edərək tapılanların onlara aid olub-olmadığını dəqiqləşdirə və təhvil ala bilərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 018 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...