Hacı Məmmədov DTX-nın təcridxanasından köçürüldü - Müalicə müəssisəsinə

Hacı Məmmədov DTX-nın təcridxanasından köçürüldü -


Uzun müddətdir ki, ləğv edilmiş Milli Təhlükəsizilik Nazirliyi və indiki Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanılan ömürlük cəzaya məhkum edilmiş sabiq polis polkovniki Hacı Məmmədov səhətində yaranan problemlə bağlı dünən axşam saatlarında Penitensiar Xidmətin tabeçiliyində olan, Binə qəsəbəsində yerləşən Vərəmli Məhkumlar Üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.

Bu barədə məlumatı Azinforum.az İnformasiya Portalına tanınmış jurnalist Fərməz Novruzoğlu verib. Onun sözlərinə görə, hazırda Penitensiar Xidmətin həmin müəsissəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Azinforum.az Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə əlaqə saxlayıb.

Qurumdan bizə bildirdilər ki, mövcud qanunvericilik cəzani icra edən orqana məhkumların tənbeh almaları, yerdəyişmələri barədə məlumatı KİV-lərə açıqlamanı qadağan edir. Adətən bu cür məlumatları tanınmış məhkumların razılığı ilə ailə üzvləri və ya vəkilləri ictimaiyyətə açıqlayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...