Azərbaycanda tanınmış alimə qarşı 120 min manatlıq dələduzluq edilib

Azərbaycanda tanınmış alimə qarşı 120 min manatlıq dələduzluq edilib


Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib.

Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Şikayət ərizəsinə görə, Suliddin və Hakim adlı şəxslər A. Təhməzovun etibarından sui-istifadə edərək onu aldadıb 120 min manat pulunu alıblar.

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb. Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A. Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...